Azərbaycan, Bakı, 25 mart /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə dünyaya 1915-ci il hadisələri haqqında həqiqəti çatdırmaq niyyətindədir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Böyük Millət Məclisinin spikeri Cəmil Çiçək deyib.
O, qeyd edib ki, Türkiyə hakimiyyəti 1915-ci il hadisələri haqqında bütün həqiqətləri aşkara çıxarmaq üçün komissiya yaratmağa hazır olduğunu dəfələrlə bəyan edib.
Spikerin sözlərinə görə, rəsmi Ankara 1915-ci il hadisələrindən Türkiyəyə siyasi təzyiq göstərilməsi üçün istifadə edilməsinə imkan verməyəcək.