...

Cəmil Çiçək: Türkiyə 1915-ci il hadisələrinə dair həqiqətləri açmaq niyyətindədir

Dünya xəbərləri Materials 9 Aprel 2015 10:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 aprel /Trend, Rufiz Hafizoğlu/

Türkiyə 1915-ci il hadisələrinə dair həqiqətləri açmaq niyyətindədir.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək çıxış edib.

Onun sözlərinə görə, Türkiyə rəhbərliyi dəfələrlə bəyan edib ki, 1915-ci il hadisələri haqqında həqiqətləri aydınlaşdırmaq üçün komissiya yaratmağa hazırdır.

C.Çiçək qeyd edib ki, 1915-ci il hadisələrinin Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edilməsinə Ankara imkan verməyəcək.

Ermənistan və erməni lobbisi iddia edir ki, Osmanlı İmperiyası dövründə ermənilərə qarşı soyqırım törədilib və Türkiyə Cümhuriyyəti də buna görə məsuliyyət daşıyır. Qondarma "soyqırım" iddiası bir sıra ölkələrin parlamentləri tərəfindən də təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti