...

Cəmil Çiçək: Vatikan 1915-ci il hadisələri ilə bağlı bitərəf mövqeyinə son qoydu

Dünya xəbərləri Materials 13 Aprel 2015 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Roma Papası Fransiskin 1915-ci il hadisələrini birtərəfli qiymətləndirməsi onu göstərir ki, Vatikan bu məsələdə bitərəf mövqeyinə son qoyub.

Trend-in "Habertürk" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək deyib.

Parlamentin spikeri qeyd edib ki, 1915-ci il hadisələri ilə bağlı bu cür bəyanatlar yolverilməzdir.

O vurğulayıb ki, Türkiyə Roma Papasının qondarma "erməni soyqırımı"nı dəstəkləyən bəyanatını millətlərarası nifaqı qızışdırmaq kimi dəyərləndirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti