...

Türkiyədə daha bir hava limanı açılacaq

Dünya xəbərləri Materials 22 May 2015 13:33 (UTC +04:00)
Türkiyənin Hakkari vilayətində yeni hava limanı istismara veriləcək.
Türkiyədə daha bir hava limanı açılacaq

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Hakkari vilayətində yeni hava limanı istismara veriləcək. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, aeroport bu il mayın 26-da açılacaq.

Bundan başqa, bu gün Ordu vilayətində daxili uçuşlarda istifadə edilən təyyarələrə xidmət göstərilməsi üçün nəzərdə tutulmuş yeni hava limanı açılacaq.

Qeyd edək ki, Türkiyədə 69 aeroport fəaliyyət göstərir. Hazırda ölkədə 6 aerport tikilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti