...

Türkiyədə daha bir hava limanı açıldı

Dünya xəbərləri Materials 26 May 2015 17:16 (UTC +04:00)
Türkiyənin Hakkari vilayətində yeni hava limanı istismara verilib.
Türkiyədə daha bir hava limanı açıldı

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Hakkari vilayətində yeni hava limanı istismara verilib.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata əsasən, yeni aeroportun açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlu iştirak ediblər.

Qeyd edək ki, mayın 22-də Ordu vilayətində də yeni aeroport açılmışdı. Ordudakı aeroport daxili aviareyslərin təyyarələrinə xidmət edir.

Türkiyədə ümumilikdə 69 aeroport fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti