...

Ərdoğanın səlahiyyətləri Dəniz Baykala keçəcək

Dünya xəbərləri Materials 10 İyun 2015 16:41 (UTC +04:00)
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı onun səlahiyyətləri Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri Dəniz Baykala veriləcək.
Ərdoğanın səlahiyyətləri Dəniz Baykala keçəcək

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı onun səlahiyyətləri Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri Dəniz Baykala veriləcək. Bu barədə Trend "Hürriyyət" qəzetinə istinadən məlumat verir.

Türkiyə parlamentinə seçilən D.Baykal ən yaşlı deputat kimi parlamentin spikeri seçiləcək.

Qanunvericiliyə uyğun olaraq, dövlət başçısı olmadığı təqdirdə, onun səlahiyyətləri parlamentin spikerinə keçir.

Xatırladaq ki, R.T.Ərdoğan Bakıda ilk Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti