Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətləri Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri Dəniz Baykala verilmədi.
Trend-in Türkiyənin rəsmi orqanı "Resmi Gazete"-nin saytına istinadən verdiyi məlumata əsasən, R.T.Ərdoğanın Azərbaycana səfəri zamanı səlahiyyətləri ölkə parlamentinin spikeri Cəmil Çiçəyə keçəcək.
Xatırladaq ki, R.T.Ərdoğan Bakıda ilk Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək.