...

Suriya-Türkiyə sərhədində gizli tunel aşkarlanıb

Dünya xəbərləri Materials 22 İyun 2015 12:51 (UTC +04:00)
Suriya-Türkiyə sərhədində uzunluğu 500 metr olan gizli tunel aşkarlanıb.
Suriya-Türkiyə sərhədində gizli tunel aşkarlanıb

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/

Suriya-Türkiyə sərhədində uzunluğu 500 metr olan gizli tunel aşkarlanıb. Trend bu barədə "Kanal7" telekanalına istinadən xəbər verir.

Məlumatda deyilir ki, İraq Şam İslam Dövləti (İŞİD) terrorçu təşkilatının döyüşçülərinin istifadə etməyi planlaşdırdığı bu tunel ərazidə baş verən çökmə nəticəsində aşkarlanıb.

Həmçinin bildirilir ki, tunel Suriyanın Raka əyalətində yerləşən Təl-Əbyəd şəhərindən başlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti