...

Cənubi Sudanda təyyarə qəzasında 5 erməni ölüb

Dünya xəbərləri Materials 4 Noyabr 2015 17:14 (UTC +04:00)
"An-12" nəqliyyat təyyarəsinin Cənubi Sudanda qəzaya uğraması nəticəsində Ermənistanın 5 vətəndaşı həlak olub.
Cənubi Sudanda təyyarə qəzasında 5 erməni ölüb

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

"An-12" nəqliyyat təyyarəsinin Cənubi Sudanda qəzaya uğraması nəticəsində Ermənistanın 5 vətəndaşı həlak olub. Trend-in RİA Novosti-yə istinadən verdiyi məluamata görə, bunu Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tiqran Mkrtçyan deyib.

O bildirib ki, onların hamısı ekipaj üzvləri olublar.

Qeyd edək ki, təyyarənin 5 ekipaj üzvü və 7 sərnişini olub. Qəza yerində 40-dan artıq insan cəsədinin də olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti