Azərbaycan, Bakı, 15 noyabr /Trend/
Türkiyənin Hərbi Hava Qüvvələri Adanada İncirlik Hava bazasından qalxan koalisiya dovlətrlərinin qırıcıları ilə birlikdə, "İslam Dövlətinin" (İD) Suriyadaki mövqelərinə hücum edib.
Trend-in Milliyet qazetinə istinadən verdiyi xəbərə əsasən, əməliyyat yerli vaxtla saat 19:00-da başlayıb.
Qeyd olunur ki, əməliyyata həm də qurudan dəstək verilib.