Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin Hakkari vilayətində polisin apardığı xüsusi əməliyyat nəticəsində 3 potensial terrorçu-intiharçı saxlanılıb.
Trend-in "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, onlar vilayətdə hərbi hissələr və polis məntəqələri yaxınlığında terror aktları planlaşdırırdılar.
Saxlanılanlar PKK üzvləridir.