...

Dünya neft şirkətlərinin 1/3-i müflisləşə bilər

Dünya xəbərləri Materials 17 Fevral 2016 16:20
Dünyada neft şirkətlərinin 95%-i "qara qızıl"ın bir barelinin 15 ABŞ dolları olacağı halda öz rentabelliklərini saxlaya bilər.
Dünya neft şirkətlərinin 1/3-i müflisləşə bilər

Trend-i buradan izləyin

Bakı. Elçin Hüseynov - Trend:

Dünyada neft şirkətlərinin 95%-i "qara qızıl"ın bir barelinin 15 ABŞ dolları olacağı halda öz rentabelliklərini saxlaya bilər. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə "Deloitte" konsaltinq şirkətinin yeni hesabatında deyilir.

2014-cü ildə neft şirkətlərinin yalnız 65 faizi neftin qiymətinin 15 dollar/barel olacağı halda öz rentabelliklərini saxlaya bilərdilər. Hesabat müəlliflərinin fikrincə, bu, şirkətlərin öz istehsal xərclərini azalda bildiklərini göstərir.

"Deloitte", eyni zamanda hesab edir ki, dünyanın neft şirkətlərinin 1/3-i bu il müflisləşə bilər. Buna səbəb kimi neftin ucuzlaşması və aktivlərin dəyərdən düşməsi göstərilir. Nəticədə isə şirkətlərin borclar üzrə hesablaşmaları çətinləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti