...

MİT: Türkiyədə terror aktları törədilə bilər

Dünya xəbərləri Materials 17 Fevral 2016 19:07 (UTC +04:00)
Türkiyə kəşfiyyatı (MİT) ölkədə yeni terror aktlarının törədilməsi imkanları barədə xəbərdarlıq edib.
MİT: Türkiyədə terror aktları törədilə bilər

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə kəşfiyyatı (MİT) ölkədə yeni terror aktlarının törədilməsi imkanları barədə xəbərdarlıq edib. Trend-in məlumatına görə, bu barədə "Haber7" qəzeti MİT-dəki mənbəyə istinadən xəbər verir.

Kəşfiyyatın məlumatına əsasən, PYD və PKK terror təşkilatlarının bəzi üzvləri Türkiyənin beynəlxalq aeroportlarında terror aktları törətməyə hazırlaşırlar. Bu məqsədlə PYD və PKK-nın 14 silahlısı Türkiyə ərazisinə daxil olub.

Qəzet yazır ki, terror aktları Türkiyənin Suriyada yaraqlıların mövqelərini atəşə tutmasına cavab olaraq hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti