...

ABŞ-da atışma: ölən və yaralanan var

Dünya xəbərləri Materials 21 Fevral 2016 02:23 (UTC +04:00)
ABŞ-ın Missisipi ştatında baş verən atışma nəticəsində bir polis əməkdaşı ölüb, daha 3 polis yaralanıb.
ABŞ-da atışma: ölən və yaralanan var

Bakı. Trend:

ABŞ-ın Missisipi ştatında baş verən atışma nəticəsində bir polis əməkdaşı ölüb, daha 3 polis yaralanıb.

Trend-in TASS agentliyinə istinadən verdiyi xəbərə əsasən, hadisə Ayuka şəhərində baş verib.

Evlərin birində silahlı kişi qadın və uşağı girov götürüb. Hadisə yerinə gələn polislər saat ərzində silhalı şəxslə danışıqlar aparıb, lakin kişi təslim olmaqdan imtina edib və atəş açıb: nəticədə 1 polis ölüb, 3-ü yaralanıb.

Cavab atəşi nəticəsində silahlı şəxs öldürülüb. İlkin məlumata əsasən, qadınla uşaq xəsarət almayıb.

Polis hadisənin detallarını araşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti