...

Türkiyədə yük maşını tuneldə yanıb

Dünya xəbərləri Materials 22 Mart 2016 12:15 (UTC +04:00)
Türkiyənin Bolu vilayətində İstanbul və Ankara şəhərlərini bir-birinə bağlayan dağ tunelində yük maşını yanıb.
Türkiyədə yük maşını tuneldə yanıb

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyənin Bolu vilayətində İstanbul və Ankara şəhərlərini bir-birinə bağlayan dağ tunelində yük maşını yanıb.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, Ankara istiqamətində gedən yük maşınının yanmasından sonra tuneldə hər iki istiqamətdə hərəkət dayandırılıb.

Hazırda yanğınsöndürənlər yanğının qarşısını alırlar. Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti