...

Türkiyənin Atatürk hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib

Dünya xəbərləri Materials 27 Mart 2016 09:18 (UTC +04:00)
Türkiyənin ən böyük aeroportu olan Atatürk hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib
Türkiyənin Atatürk hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib

Bakı. Trend:

Türkiyənin ən böyük aeroportu olan Atatürk hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib.

Trend Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, aeroportun nəzarət nöqtələrindəki x-pay cihazlarının siqnal gücü artırılıb.

Giriş qapılarında sərnişinlərin üstü detektorla deyil, əllə yoxlanılır. Hava limanının metro girişində isə sərnişinlərin şəxsiyyətinin araşdırılması təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti