Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyədə 3 siyasi partiya bağlanıb.
Trend-in "Resmi Gazete"yə istinadən verdiyi məlumata görə, Türkiyə Konstitusiya Məhkəməsinin qərarına müvafiq olaraq mayın 3-dən ölkədə Ədalət və Xilas Partiyası, "Ergenekon" partiyası və Yaşıllar partiyası bağlanıb.
Sadalanan partiyalar əhali tərəfindən onlara qarşı siyasi marağın olmamasına görə, partiyaların bağlanması istəyi ilə Konstitusiya Məhkəməsinə müraciət ediblər.