Bakı. Trend: Türkiyədə baş verən hadisələr xalqın seçdiyi hökumətə qarşı edilən çevriliş cəhdidir. Bu barədə Türkiyənin Bakıdakı səfirliyindən Trendə daxil olan məlumatda bildirilir.
Məlumatda o da qeyd olunur ki , Türkiyə birlik və bərabərlik nümayiş etdirərək buna qarşı çıxmışdır. Prezidentimiz və hökumətimiz öz vəzifələrini icra etməkdədir.
”Bu Türk Silahlı Qüvvələrinin hamısının iştirak etdiyi hadisə deyil. Türk Silahlı Qüvvələrinin daxilindəki bir qrupun işidir və buna xalqımız tərəfindən cavab verilmişdir” –deyə açıqlamada deyilir.
Şənbə günü gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 60 nəfər həlak olub. Çevrilişə cəhd edə
360 nəfər həbs edilib.