...

Malmödə bir axşamda 16 avtomobil yandırıldı

Dünya xəbərləri Materials 12 Avqust 2016 13:56 (UTC +04:00)
Keçən axşamdan İsveçin Malmö şəhərinin bir sıra rayonlarında 16 avtomobil yandırılıb.
Malmödə bir axşamda 16 avtomobil yandırıldı

Bakı. Elçin Hüseynov - Trend:

Ötən axşamdan başlayaraq İsveçin Malmö şəhərinin bir sıra rayonlarında 16 avtomobil yandırılıb. Bu barədə Trend İsveçin "SVT" telekanalına istinadən xəbər verir.

Malmö Xilasetmə xidmətinin nüməyandəsi Maqnus Yohanson bildirib ki, şəhərin bütün yanğınsöndürmə stansiyalarının əməkdaşları və texnikası yanğınları söndürməyə çalışıblar: "Bütün stansiyalar gərgin iş rejimində işləyir. Bütün briqadalar Malmödə yanğınsöndürmə əməliyyatlarına cəlb edilib".

Məlumatda qeyd olunur ki, hələlik polis tərəfindən şübhəli şəxs qismində saxlanılan yoxdur.

İsveçin "Sydsvenskan" isə qəzeti yazır ki, yay ayları ərzində Malmödə ümumilikdə 90 maşın qəsdən yandırılıb. Qəzet qeyd edir ki, gənclərin arasında işsizliyin olmasına görə, belə hallar hər il qeydə alınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti