...

Gülən tərəfdarı olan sahibkarların əmlakı müsadirə olunur

Dünya xəbərləri Materials 18 Avqust 2016 16:34 (UTC +04:00)
İstanbul Prokurorluğu Fətullah Gülən hərəkatı ilə əlaqədə şübhəli bilinərək həbs edilmiş 187 sahibkarın əmlakının müsadirəsi barədə qərar çıxarıb.
Gülən tərəfdarı olan sahibkarların əmlakı müsadirə olunur

Bakı. Orxan Quluzadə - Trend:

İstanbul Prokurorluğu Fətullah Gülən hərəkatı ilə əlaqədə şübhəli bilinərək həbs edilmiş 187 sahibkarın əmlakının müsadirəsi barədə qərar çıxarıb. Bu barədə Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir.

Daha öncə qeyd olunub ki, Türkiyənin Sahibkarlar və Sənayeçilər Konfederasiyasında (TUSKON) və digər müəssisələrdə Fətullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində axtarışlar aparılıb, 187 sahibkar həbs olunub.

Qeyd edək ki, İstanbul məhkəməsi F.Gülənin həbsi barədə qərar çıxarıb. O, Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti