...

XİN: Türkiyə hərbi çevrilişə cəhdin arxasında ABŞ-ın dayandığını təsdiq etməyib

Dünya xəbərləri Materials 20 Avqust 2016 10:50 (UTC +04:00)
Türkiyə hərbi çevrilişə cəhdin arxasında ABŞ-ın dayandığını təsdiq etməyib
XİN: Türkiyə hərbi çevrilişə cəhdin arxasında ABŞ-ın dayandığını təsdiq etməyib

Bakı. Rufiz Hafizoğlu - Trend

Türkiyə hərbi çevrilişə cəhdin arxasında ABŞ-ın dayandığını təsdiq etməyib. Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.  

M.Çavuşoğlu bildirib ki, bununla belə Ankara bəyan edib ki, hərbi çevrilişə cəhddə günahlandırılan Fətullah Gülənin ABŞ-dan Türkiyəyə ekstradisiya edilməməsi elə bir fikir formalaşdıra bilər ki, ABŞ hərbi çevrilişə cəhdin arxasında dayanır.

Nazir əlavə edib ki, Türkiyə əvvəl olduğu kimi Fətullah Gülənin ABŞ-dan ekstradisiyasını tələb edir.

 

 

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti