...

Türkiyənin daxili işlər naziri istefa verdi

Dünya xəbərləri Materials 31 Avqust 2016 21:34 (UTC +04:00)
Türkiyənin daxili işlər naziri Əfqan Ala istefa verdi
Türkiyənin daxili işlər naziri istefa verdi

Bakı. Trend:

Türkiyənin daxili işlər naziri Əfqan Ala istefa verdi.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binali Yıldırım deyib.

Onun sözlərinə görə, Əfqan Alanın yerinə Türkiyənin əmək və sosial müdafiə naziri Süleyman Soylu təyin edilib.

Süleyman Soylunun yerinə Mehmet Müezzinoğlu təyin edilib.

Əfqan Alanın istefasının səbəbləri barədə məlumat verilmir.

Əfqan Ala daxili işlər naziri vəzifəsində 2016-ci il mayın 24-dən çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti