...

Türkiyə daxili işlər nazirinin istefa səbəbi bəlli oldu (YENİLƏNİB)

Dünya xəbərləri Materials 1 Sentyabr 2016 11:18 (UTC +04:00)
Türkiyənin daxili işlər naziri Əfqan Alanın istefaya getməsinin səbəbi...
Türkiyə daxili işlər nazirinin istefa səbəbi bəlli oldu   (YENİLƏNİB)

Bakı. Trend:

Türkiyənin daxili işlər naziri Əfqan Alanın istefaya getməsinin səbəbi Prezident Rəcəb Tayyib Ərdoğanın onun işindən narazı qalması ilə bağlıdır.

Bu barədə Trend "Hürriyyət" qəzetinə istinadən məlumat verir. Qəzetin daha əvvəl verdiyi məlumata görə, Ə.Ala qeyd etmişdi ki, ölkə kəşfiyyatının 7 min işçisindən təqribən 6,5 mini Fəthullah Gülən hərəkatının tərəfdarıdır və bu bəyanat Türkiyə hökuməti tərəfindən olduqca mənfi qarşılanmışdı.

Ə.Alanın istefasının digər səbəbi isə hərbi çevriliş günü onunla əlaqə saxlamağın mümkün olmaması ilə əlaqədardır.

Qeyd edək ki, ötən gün Türkiyənin daxili işlər naziri Ə.Ala istefa verib. Onun yerinə Türkiyənin əmək və sosial müdafiə naziri Süleyman Soylu təyin edilib. S.Soylunun yerinə isə Mehmet Müezzinoğlu təyin edilib.

Ə.Ala daxili işlər naziri vəzifəsində 2016-ci il mayın 24-dən çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti