Bakı. Orxan Quluzadə - Trend:
Türkiyədə dövlət çevrilişinə cəhddə təqsirləndirilən Fəthullah Gülən hərəkatına qarşı mübarizə çərçivəsində Milli Kəşfiyyat Təşkilatında (MİT) əməliyyat aparılır.
Trend-in "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, hərəkata mənsubiyyət şübhəsi üzrə MİT-in 100 əməkdaşına qarşı araşdırma başa çatıb.
Araşdırma nəticəsində MİT-in 87 əməkdaşı işdən azad edilib, 52 əməkdaşa qarşı cinayət işi açılıb.