Bakı. Trend:
Nobel Sülh mükafatı Kolumbiya prezidentinə verilib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, 2016-cı il Nobel Sülh mükafatı Xuan Manuel Santosa verilib.
Prezident bu mükafatı 50 ildən çox davam edən vətəndaş müharibəsinin başa çatmasına verdiyi töhfəyə görə alıb.
Xatırladaq ki, Kolumbiyada 1964-cü ildə başlayan vətəndaş müharibəsinin qurbanlarının sayı 220 min nəfər olub.