...

Stiven Siqal Rusiya vətəndaşı oldu

Dünya xəbərləri Materials 3 Noyabr 2016 13:25 (UTC +04:00)
Vladimir Putin məşhur ABŞ aktyoru və prodüseri Stiven Siqala RF vətəndaşlığının verilməsi barədə fərman imzalayıb.
Stiven Siqal Rusiya vətəndaşı oldu

Bakı. Trend

Rusiya Prezidenti Vladimir Putin məşhur ABŞ aktyoru və prodüseri Stiven Siqala RF vətəndaşlığının verilməsi barədə fərman imzalayıb.

Trend-in məlumatına görə, bu fərman Kremlin rəsmi saytında dərc olunub.

Bundan əvvəl aktyor kinofestival çərçivəsində Yujno-Saxalinsk şəhərində olmuş və Rusiyanı çox sevdiyini demişdi. O, jurnalistlərə açıqlamasında Saxalin bölgəsində biznes fəaliyyəti üçün yaxşı mühitin olduğunu və gələcəkdə Rusiya vətəndaşlığı ala biləcəyini bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti