Bakı. Trend:
Çilinin sahillərində 7,7 bal gücündə zəlzələ baş verib.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların ocağı 15 kilometr dərinlikdə yerləşib.
Mütəxəsislər sunami təhlükəsi barədə xəbər verirlər.
Çili hakimiyyəti sahilyanı rayonlarının təxliyəsini elan edib.