...

Koalisiya tərəfindən İraqda iki İŞİD rəhbəri məhv edilib

Dünya xəbərləri Materials 4 Yanvar 2017 21:23 (UTC +04:00)
ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiya İraqda İŞİD terrorçu qruplaşmasının 2 rəhbərini məhv edib
Koalisiya tərəfindən İraqda iki İŞİD rəhbəri məhv edilib

Bakı. Trend:

ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiya İraqda İŞİD terrorçu qruplaşmasının 2 rəhbərini məhv edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu koalisiyanın nümayəndəsi Con Dorrian deyib.

O, İmad əl-Mahalauyi abu Türk və Fəlah əl-Rəşidinin məhv edilməsini təstiqləyib.

Onun sözlərinə görə, yanvarın 4-də məhv edilən əl-Rəşidi Mosul şəhərində minalanmış avtomobillərin istehsalına rəhbərlik edirmiş. Digər terrorçu əl-Mahalauyi dekabrın 21-i məhv edilib. Onun məhv edilməsi Fərat çayının vadisində İŞİD-in terror aktlatı törətmə imkanını azaldacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti