...

Ərdoğan növbədənkənar parlament seçkilərindən danışdı

Dünya xəbərləri Materials 13 Yanvar 2017 16:24 (UTC +04:00)

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyədə parlament “fəaliyyət qabiliyyətini” itirərsə, o zaman növbədənkənar parlament seçkiləri məsələsi müzakirə oluna bilər.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Bununla belə, R.T.Ərdoğan növbədənkənar seçkilərin arzuolunmaz olduğunu bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə parlamentinin Konstitusiya komissiyasının rəhbəri Mustafa Şentop konstitusiya dəyişikliklərinin parlamentdə qəbul olunmayacağı təqdirdə, növbədənkənar seçkilərin keçirilməli olduğunu demişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti