Bakı. Trend:
Rusiya, İran və Türkiyə Suriyadakı bütün qruplaşmaları İŞİD və "Cəbhət ən-Nüsra" terror təşkilatlarından ayrılmağa çağırır.
Trend-in məlumatına görə, bu barədə "Əl-Cəzirə" telekanalı Astanada Suriya danışıqlarının yekunu üzrə sənəd layihəsinə istinadən xəbər yayıb.
Sənədin mətnində deyilir: "İran Rusiya və Türkiyə bir daha İŞİD və "Cəbhət ən-Nüsra"ya qarşı birgə mübarizə aparmaq və onları müxalif silahlı qruplaşmalardan ayırmaq barədə niyyətlərini bəyan edirlər".
Qeyd edək ki, bu gün Astanada Suriya böhranının nizamlanması üzrə birinci iclas başa çatıb.