Bakı. Trend:
Livan xüsusi təyinatlılarının döyüşçüləri "Cəbhət ən-Nusra" ekstremist qruplaşmasının ən təhlükəli üzvlərindən birini saxlayıblar.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, Suriya ilə sərhəddə Ersal şəhərində keçirilən xüsusi əməliyyat zamanı Məhəmməd Xasveni yaxalanıb.
Xasve sərhəd rayonlarında və Bekaa vadisində Livan hərbçilərinə qarşı silahlı basqınlar görə də məsuliyyət daşıyır.