...

Londonda çoxmərtəbəli yaşayış binasındakı yanğında ölənlərin sayı 17-ə çatıb

Dünya xəbərləri Materials 15 İyun 2017 16:17 (UTC +04:00)
Londonda 24 mərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
Londonda çoxmərtəbəli yaşayış binasındakı yanğında ölənlərin sayı 17-ə çatıb

Bakı. Trend:

Londonda 24 mərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Trend bu barədə TASS-a istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, ölənlərin sayının artacağı istisna edilmir.

Qeyd edək ki, Londonun Şimali Kensinqton bölgəsindəki "Grenfell Tower" binasında yanğın iyunun 14-nə keçən gecə başlayıb. Yanğın nəticəsində 79 nəfər xəsarət alıb. Xəsarət alanların 18-nin vəziyyəti çox ağır qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti