...

Rostovda fövqəladə vəziyyət elan edilib

Dünya xəbərləri Materials 21 Avqust 2017 18:36 (UTC +04:00)
Rusiyanın Rostov şəhərində baş verən yanğın hadisəsi artıq 25 evi əhatə edib.
Rostovda fövqəladə vəziyyət elan edilib

Bakı. Trend:

Rusiyanın Rostov şəhərində baş verən güclü yanğın hadisəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Trend "RİA Novosti"yə istinadən xəbər verir ki, alov artıq 25 evi əhatə edib. 3 nəfər xəsarət alıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmisi Yevgeni Kondratyev alovun söndürürlməsi üçün təyyarə və 5 helikopterin cəlb edildiyini deyib: "6 kvartalda qaz və elektrik verilişi dayandırılıb, ərazidə 437 yanğınsöndürən, 212 texnika işləyir, 560 nəfər təxliyə edilib".

Yanğın 10 min kvadratmetrə qədər əraziyə yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti