Bakı. Trend:
Malayziyada iki avtobus toqquşub.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində azı 8 nəfər həlak olub, 33 nəfər isə yaralanıb.
Məlumata əsasən, indoneziyalı və nepallı işçiləri daşıyan avtobus mühərrikdə yaranan problemə görə yol qırağında dayanıb. Digər 15 nəfəri daşıyan avtobus isə nəqliyyat vasitəsini saxlaya bilməyib və birinci avtobusa çırpılıb.