...

Donald Tusk: Gürcüstan Aİ-nın etibarlı tərəfdaşıdır

Dünya xəbərləri Materials 23 Noyabr 2017 23:32 (UTC +04:00)

Bakı. Trend:

Gürcüstan Avropa İttifaqının etibarlı və nümunəvi tərəfdaşıdır.

Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, bunu Avropa İttifaqı Şurasının sədri Donald Tusk Brüsseldə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə görüş zamanı deyib.

"Gürcüstan "Şərq Tərəfdaşlığı" proqramının inkişafında mühüm rol oynayır", deyə Tusk bildirib. O, həmçinin ölkənin Avropa İttifaqı ilə əməkdaşlığın müsbət dinamikasını qeyd edib.

Bundan əlavə, danışıqlar zamanı Gürcüstan və Aİ arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti