...

Alyaska deyəsən "dağılır" - 8.2 bal zəlzələ, üstəgəl sunami təhlükəsi

Dünya xəbərləri Materials 23 Yanvar 2018 14:01 (UTC +04:00)
ABŞ-ın Alyaska ştatında Rixter cədvəli 8.2 bal gücündə zəlzələ baş verib
Alyaska deyəsən "dağılır" - 8.2 bal zəlzələ, üstəgəl sunami təhlükəsi

Bakı. Trend:

ABŞ-ın Alyaska ştatında Rixter cədvəli üzrə 8.2 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, yeraltı təkanlar Sakit okeanda, Kadyak şəhərindən 278 kilometr şərqdə qeydə alınıb.

Məlumata görə, zəlzələnin episentri yerin 19 kilometr dərinliyində olub.

Seysemologiya Xidməti zəlzələ nəticəsində sunami təhlükəsinin yarandığı barədə məlumat yayıb.

Hələlik hər hansı itki və ya fəsadlar barədə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti