...

Moskvada hamilə qadınlara nişanlar paylanılır - SƏBƏB?

Dünya xəbərləri Materials 27 Fevral 2018 10:21 (UTC +04:00)
Moskva metropoliteninin rəhbərliyi hamilə qadınlara onlara yer verilməsi barədə müraciətin olduğu nişanların paylanmasına başlayıb
Moskvada hamilə qadınlara nişanlar paylanılır - SƏBƏB?

Bakı. Trend:

Moskva metropoliteninin rəhbərliyi hamilə qadınlara onlara yer verilməsi barədə müraciətin olduğu nişanların paylanılmasına başlayıb.

Trend-in məlumatına görə, qadınlara qırmızı rəngli nişan veriləcək.

Nişanın üzərində “Təşəkkür edirik ki, gələcək anaya yer verdiniz” yazılıb.

Qeyd olunur ki, nişanların paylanmasında məqsəd sosial məsuliyyətliliyin artırılmasıdır.

Əvvəllər bu cür aksiyalar London və Nyu-York metropolitenlərində keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti