...

Ərdoğandan ANONS: Afrin bu gün axşam azad ediləcək

Dünya xəbərləri Materials 14 Mart 2018 13:44 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Afrinin bü gün axşam saatlarında terrorçulardan tam azad olunacağına ümid edir.

R.T.Ərdoğan əlavə edib ki, Türkiyə Silahlı Qüvvələri "Zeytun budağı" əməliyyatı çərçivəsində dinc sakinlərin heç bir zərər görməmələrinə xüsusi diqqət ayırır.

Qeyd edək ki, ötən gün Türkiyə ordusu Afrin rayon mərkəzini tam mühasirəyə alıb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti