...

Türkiyə qoşunları Afrində daha 7 yaşayış məntəqəsini azad edib

Dünya xəbərləri Materials 17 Mart 2018 14:40 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin rayonunda davam edən “Zeytun budağı” əməliyyatı çərçivəsində daha 7 yaşayış məntəqəsi azad edilib.

Trend-in məlumatına görə, bugünədək Afrində azad edilən yaşayış məntəqələrinin sayı 261-ə çatıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə ordusu Afrin rayon mərkəzini tam mühasirəyə alıb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti