...

Afrinin mərkəzinə doğru hərəkətə başlanıldı

Dünya xəbərləri Materials 18 Mart 2018 10:26 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “ Zeytun Budağı” əməliyyatı çərçivəsində Afrinin mərkəzinə doğru hərəkətə başlanılıb
Afrinin mərkəzinə doğru hərəkətə başlanıldı

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “ Zeytun Budağı” əməliyyatı çərçivəsində Afrinin mərkəzinə doğru hərəkətə başlanılıb.

Trend-in Türkiyə KİV-lərinə istinadla verdiyi xəbərə görə, ASO qüvvələri bu gün səhər saatlarında şəhərin PKK/YPG terrorçularından təmizlənməsi məqsədi ilə Afrinə şəhərin cənub-şərqindən daxil olmağa başlayıb.

ASO qüvvələrinin irəliləyişi davam edərkən, şəhər mərkəzindən tez-tez silah və partlayış səsləri eşidilir. Bundan başqa, Türk döyüş təyyarələrinində Afrin səmasında uçduğu müşahidə edilir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti