...

Azad Suriya Ordusu Afrinə nəzarəti təmin etdi

Dünya xəbərləri Materials 18 Mart 2018 11:14 (UTC +04:00)
Azad Suriya Ordusunun bölmələri Suriyanın Afrin üzərində nəzarəti təmin edib
Azad Suriya Ordusu Afrinə nəzarəti təmin etdi

Bakı. Trend:

Azad Suriya Ordusunun bölmələri Suriyanın Afrin üzərində nəzarəti təmin edib.

Trend-in Türkiyə KİV-lərinə istinadla verdiyi xəbərə görə, ASO qüvvələri bu gün səhər saatlarında şəhərin PKK/YPG terrorçularından təmizlənməsi məqsədi ilə Afrinə şəhərin cənub-şərqindən daxil olmağa başlayıb.

ASO qüvvələrinin irəliləyişi davam edərkən, şəhər mərkəzindən tez-tez silah və partlayış səsləri eşidilir. Bundan başqa, Türk döyüş təyyarələrinində Afrin səmasında uçduğu müşahidə edilir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti