...

Türkyə SQ yeni əməliyyata hazırlaşır - "Dəclə qalxanı"

Dünya xəbərləri Materials 22 Mart 2018 11:21 (UTC +04:00)
İraqın şimalında Sincar şəhərində PKK terror təşkilatına qarşı Türkiyə Silahlı Qüvvələrinin (SQ) hazırladığı yeni hərbi əməliyyatın "Dəclə qalxanı" adlanacağı bildirilib.
Türkyə SQ yeni əməliyyata hazırlaşır - "Dəclə qalxanı"

Bakı. Rufiz Hafizoğlu - Trend:

İraqın şimalında Sincar şəhərində PKK terror təşkilatına qarşı Türkiyə Silahlı Qüvvələrinin (SQ) hazırladığı yeni hərbi əməliyyatın "Dəclə qalxanı" adlanacağı bildirilib.

Trend-in məlumatına görə, bu barədə hərbi mənbələrə istinadən Türkiyə mətbuatı xəbər yayıb.

Məlumata görə, hazırda Türkiyə SQ bu əməliyyata hazırlıq işləri aparır.

Hərbi əməliyyatın başlanacağı vaxt barədə dəqiq məlumat verilmir.

Qeyd edək ki, daha öncə ölkə lideri Rəcəb Tayyib Ərdoğan Türkiyə SQ-nin PKK terror təşkilatına qarşı mübarizə məqsədilə İraqın Sincar şəhərinə daxil ola biləcəyi barədə bəyan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti