...

Türkiyə hərbçilərinin uniforması dəyişir

Dünya xəbərləri Materials 24 Aprel 2018 12:05 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri hərbi uniformalarını dəyişir.
Türkiyə hərbçilərinin uniforması dəyişir

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Silahlı Qüvvələri hərbi uniformalarını dəyişir.

Trend-in məlumatına görə, yeni uniforma NATO standartlarına uyğun hazırlanıb və peyk vasitəsilə aşkar olunması çox çətindir.

Qeyd olunur ki, həmin uniformalar Afrində həyata keçirilmiş "Zeytun budağı" əməliyyatında sınaqdan keçirilib.

Yeni uniforma üç il müddətində hazırlanıb. Bu il iyul ayının sonunadək Türkiyə Silahlı Qüvvələrinin bütünlüklə yeni uniformalara keçidi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti