...

Ermənistandan İrana və Gürcüstana gedən yollar bağlandı

Dünya xəbərləri Materials 2 May 2018 17:31 (UTC +04:00)
Ermənistanda müxalifət tərəfdarları Gürcüstana və İrana gedən dövlətlərarası yolları bağlayıb.
Ermənistandan İrana və Gürcüstana gedən yollar bağlandı

Bakı. Trend:

Ermənistanda müxalifət tərəfdarları Gürcüstana və İrana gedən dövlətlərarası yolları bağlayıb.

Trend-in məlumatına görə, onlar Nikol Paşinyanın baş nazir seçilməsini tələb edir.

Qeyd olunur ki, Sevan şəhərində Gürcüstana gedən yol bağlanıb.

Bundan başqa, Vayk şəhərində İrana gedən yol bağlanıb, etirazçılar yük maşınlarını buraxmır və hökumət əleyhinə şüarlar səsləndirir.

Xatırladaq ki, bu gün səhər saatlarından Yerevan şəhərinin küçə və yolları, eləcə də beynəlxalq hava limanına aparan yol bağlanıb.

Qeyd edək ki, ötən gün Ermənistan parlamentində N.Paşinyan baş nazir seçilə bilməyib. Belə ki, deputatların 45-i onun lehinə səs (53 zəruri səs lazım idi) versə də, bu, kifayət etməyib. Qanuna əsasən, parlament növbəti dəfə baş nazir seçməyə çalışmalıdır. Əks halda qanunverici orqan avtomatik buraxılacaq.

Etiraz aksiyalarının rəhbəri N.Paşinyan tərəfdarlarını mayın 2-si səhər saatlarından ümumi vətəndaş itaətsizliyi aksiyasına başlamağa, ölkədə tətil elan etməyə və aeroporta gedən bütün yolları bağlamağa çağırıb.

Xatırladaq ki, aprelin 13-dən Yerevanda N.Paşinyanın rəhbərliyi ilə sabiq prezident Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı başlayan aksiyalar davam edir. Aprelin 23-də S.Sarkisyan vəzifəsindən istefa verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti