Bakı. Trend:
Ermənistan müxalifətinin lideri, "Yelk" partiyasının sədri Nikol Paşinyan parlamentin bugünkü iclasında ölkənin yeni baş naziri seçilib.
Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.
Parlamentdə 59 deputat N.Paşinyanın baş nazir seçilməsinin lehinə, 42-si isə əleyhinə səs verib.
Xatırladaq ki, aprelin 13-dən Yerevanda N.Paşinyanın rəhbərliyi ilə sabiq prezident Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı aksiyalar keçirilib. Aprelin 23-də isə S.Sarkisyan vəzifəsindən istefa verib.