...

Paşinyan indi də polis rəisi və Təhlükəsizlik Xidməti rəhbərinin vəzifədən getməsini istəyir

Dünya xəbərləri Materials 10 May 2018 15:32 (UTC +04:00)
Paşinyan prezident Armen Sarkisyana polis rəisini və Təhlükəsizlik Xidmətinin direktorunu vəzifələrindən azad etməyi təklif edib.
Paşinyan indi də polis rəisi və Təhlükəsizlik Xidməti rəhbərinin vəzifədən getməsini istəyir

Bakı. Trend:

Ermənistanın yeni baş naziri Nikol Paşinyan prezident Armen Sarkisyana polis rəisini və Təhlükəsizlik Xidmətinin direktorunu vəzifələrindən azad etməyi təklif edib.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, N.Paşinyan "Facebook səhifəsində yazıb:

"Prezidentə Baş Polis İdarəsinin rəisi Vladimir Qasparyanın və Təhlükəsizlik Xidmətinin direktoru Georgi Kutoyanın vəzifələrindən azad edilmələri barədə təklifin yer aldığı məktub ünvanlamışam".

Qeyd edək ki, mayın 8-də parlament N.Paşinyanı Ermənistanın baş naziri seçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti