...

Kaliforniyada məktəbdə atışma olub

Dünya xəbərləri Materials 11 May 2018 19:12 (UTC +04:00)
ABŞ-ın Kaliforniya ştatının Palmdeyl şəhərindəki məktəblərdən birində atışma baş verib.
Kaliforniyada məktəbdə atışma olub

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatının Palmdeyl şəhərindəki məktəblərdən birində atışma baş verib.

Trend-in məlumatına görə, məktəblilər silahlı hücum barədə "Twitter"də məlumatlar paylaşır.

Hazırda polisin hadisə yerində işlədiyi bildirilir.

CBS telekanalının məlumatına görə, atışmada yaralanan var. Hadisənin səbəbləri və digər detallar məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti