...

Ermənistanın sabiq müdafiə naziri: Paşinyanın yanaşmaları təhlükəli ola bilər

Dünya xəbərləri Materials 13 May 2018 17:55 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Nikol Paşinyanın fikirləri beynəlxalq tərəfdaşlarımızın narahatlığını doğurub.
Ermənistanın sabiq müdafiə naziri: Paşinyanın yanaşmaları təhlükəli ola bilər

Bakı. Trend:

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Nikol Paşinyanın fikirləri beynəlxalq tərəfdaşlarımızın narahatlığını doğurub.

Trend-in erməni mətbuatına istinadən verdiyi məlumata əsasən, bunu ölkənin keçmiş müdafiə naziri Vigen Sarkisyan deyib. O, mayın 11-də Nikol Paşinyan başda olmaqla yeni hökumətin formalaşması nəticəsində istefaya gedib.

Onun sözlərinə görə, Paşinyanın dedikləri, xüsusən, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin narahatlığına səbəb olub: "Bir neçə gün öncə mətbuat konfransı zamanı baş nazir Paşinyanın təhlükəli ola biləcək bir sıra yanaşmalar ifadə edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti