Bakı. Trend:
İraqın Hərbi-Hava Qüvvələri Suriyada İŞİD terror təşkilatının obyektlərinə zərbələr endirib.
Trend-in məlumatına görə, F-16 qırıcıları terrorçuların idarəetmə qərargahını və logistika mərkəzini məhv edib.
Zərbələrin təfərrüatları barədə digər məlumatlar verilməyib.
Qeyd olunur ki, Suriya ilə razılaşdırılmış aviazərbələr terror təşkilatı tam zərərsizləşdirilənədək davam edəcək.