...

MAR-da BMT sülhməramlılarının karvanına hücum edilib

Dünya xəbərləri Materials 5 İyun 2018 08:04 (UTC +04:00)
Bir qrup silahlı Mərkəzi Afrika Respublikasında (MAR) BMT sülhməramlılarının karvanına hücum edib
MAR-da BMT sülhməramlılarının karvanına hücum edilib

Bakı. Trend:

Bir qrup silahlı Mərkəzi Afrika Respublikasında (MAR) BMT sülhməramlılarının karvanına hücum edib.

Trend-in məlumatına görə, bu barədə BMT-nin baş katibinin mətbuat katibi Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində bir tanzaniyalı BMT sülhməramlısı həlak olub, 7 sülhməramlı isə yaralanıb.

S.Düjarrik bildirib ki, baş katib Antoniu Quterreş sülhməramlılara hücumu qətiyyətlə pisləyir.

Beləliklə, ilin əvvəlindən Mərkəzi Afrika Respublikasında həlak olan sülhməramlıların sayı 4-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti